...

Qobustanda zəlzələ olub

Hadisə Materials 29 Oktyabr 2022 19:55 (UTC +04:00)
Qobustanda zəlzələ olub

Bakı. Trend:

Oktyabrın 29-da Pirqulu seysmoloji stansiyasından 44 kilometr cənubda, Qobustan rayonunun ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildirilib ki, yerli vaxtla saat 17:50-də qeydə alınan zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib və 3 bala qədər hiss edilib.

Zəlzələnin maqnitudası 3,6-ya bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti