...

Cəlilabadda dava olub, 41 yaşlı kişi bıçaqlanıb

Hadisə Materials 22 Noyabr 2022 09:18 (UTC +04:00)
Cəlilabadda dava olub, 41 yaşlı kişi bıçaqlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Cəlilabadda bıçaqlanma olub.

Trend-in məlumatına görə, hadisə rayonun Cəlayır kəndində baş verib.

Kənd sakini, 1981-cio il təvəllüdlü Ramil Aslanov həmkəndlisi, 1981-ci il təvəllüdlü Rahib Aslanlı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Ramil Aslanov Rahib Aslanlını bıçaqlayıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci( qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb, Ramil Aslanov şübhəli şəxs qismində saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti