...

Braziliyanın iki məktəbində baş verən atışmada 4 nəfər ölüb

Hadisə Materials 27 Noyabr 2022 10:39 (UTC +04:00)
Braziliyanın iki məktəbində baş verən atışmada 4 nəfər ölüb

Bakı. Trend:

Braziliyanın Arakruz şəhərində iki məktəbdə atışma nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə "G1" portalı xəbər verib.

Qeyd olunub ki, hadisə nəticəsində üç müəllim və bir şagird həlak olub.

Qeyd edək ki, noyabrın 25-də səhər saatlarında 16 yaşlı gənc iki qonşu məktəbə atəş açıb. Bildirilib ki, o, bu təhsil ocaqlarından birinin şagirdi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti