...

Cinayətdə şübhəli bilinən üç nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Hadisə Materials 1 Dekabr 2022 09:45 (UTC +04:00)
Cinayətdə şübhəli bilinən üç nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Cinayətdə şübhəli bilinən üç nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Dadaşev Emil Ələkbər oğlu, Əzimov Ədalət Əzim oğlu və Mirzəyev Elçin Mirzə oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Hər 3 şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarış elan edilib.

30.11.2022-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə qeyd edilən şəxslər Rusiya Federasiyasından Azərbaycana gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti