...

Dövlət Gömrük Komitəsinin rüşvətə görə həbs edilən əməkdaşının cəzası azaldıldı

Hadisə Materials 7 Dekabr 2022 12:01 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin rüşvətə görə həbs edilən əməkdaşının cəzası azaldıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ali Məhkəmədə Bakı Baş Gömrük İdarəsinin rüşvət almaqda təqsirli bilinən sabiq əməkdaşları - Elmar Mirzəyev, Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev, Ceyhun Şabanov və Sadiq İsgəndərov barəsindəki qərardan verilmiş kassasiya şikayətlərinə baxılıb.

Trend-in məlumatına görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və qərar elan olunub.

Qərara əsasən Elmar Mirzəyevin cəzası 1 il azaldılaraq 4 il 3 aya endirilib. Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərar digər məhkumlara münasibətdə dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları keçirilən əməliyyatla saxlanılıblar. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hokum ilə Elmar Mirzəyevə 5 il həbs cəzası, Mirağa Ağayevə bəraət, digərlərinə isə şərti cəza verilib.

Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini qismən təmin edib. Şərti cəza verilmiş Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev 3 il, Ceyhun Şabanov və Sadiq İsgəndərov isə 2 il müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs olunublar.

Orxan Zöhrabov və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət almış Mirağa Ağayevə şərti cəza verilib.
Həbsdə olan Elmar Mirzəyevin cəzası 5 il 3 aya qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti