Bakı. Trend:
Bugün saat 15:30 radələrində İsmayıllı-Qəbələ avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində "BMW" və “Honda” markalı avtomobillər toqquşub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, nəticədə sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 2002-ci il təvəllüdlü Nurlan Nağıyev aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Hadisə zamanı xəsarət alanlar isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.