Bakı. Trend:
Bu gün saat 16 radələrində Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış olması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib.
Təhlükəsizlik tədbirləri görülür.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.
***
16:13
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış olması barədə ilkin məlumat daxil olub.
FHN-dən Trend-ə bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət
Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri
çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, partlayış nəticəsində yanğın hadisəsi baş
verməyib.
Əlavə məlumat veriləcək.