Bakı. Trend:
Biləsuvarda 56 yaşlı kişi başından güllələnərək öldürülüb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yanvarın 9-da saat 17 radələrində baş verib.
"Biləsuvar rayonunda 1967-ci il təvəllüdlü Zakir Tağıyevin başından aldığı qırma xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub. Ölüm faktı ilə bağlı araşdırma aparılır", - məlumatda deyilir.