...

Xocavənddə sursat partlayıb, bir nəfər həlak olub

Hadisə Materials 13 Yanvar 2023 16:59 (UTC +04:00)
Xocavənddə sursat partlayıb, bir nəfər həlak olub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Xocavənd rayonu ərazisində sursat partlayışı nəticəsində bir nəfər ölüb.

DİN-in Mətbuat xidmətindən Trend-ə bildirilib ki, hadisə bu gün axşam saatlarında rayonun Ağburun qəsəbəsi ərazisində baş verib. Həmin ərazidə heyvan otaran 1971-ci il təvəllüdlü Elşən Hümbətov yerdən partlayıcı sursat tapıb. Həmin sursat E.Hümbətovun əlində partlayıb. Hadisə nəticəsində E.Hümbətov yerindəcə dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti