...

Bakıda külli miqdarda narkotik satan şəxs 10 il 6 ay azadlıqdan məhrum edildi

Hadisə Materials 23 Yanvar 2023 17:25 (UTC +04:00)
Bakıda külli miqdarda narkotik satan şəxs 10 il 6 ay azadlıqdan məhrum edildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik alverində təqsirləndirilən Bəybala Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, bu gün hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin təqsirləndirildiyi, Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsindən imtina edərək digər maddələrdə təqsiriləndirilərək 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Ağayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, B. Ağayev ötən ilin aprel ayında Bakı şəhərində şübhəli şəxs kimi saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan 2, 6 kiloqram narkotik maddə və güclü təsiredici həblər aşkarlanıb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci( bir qrup şəxs tərəfindən satış məqsədi ilə narkotik vasitəni əldə etmək, saxlama, 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama) və 206-cı(qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs saxlanılarkən üzərində azadlığının məhdudlaşdırılma cəzası olub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti