...

Bakıda qanunsuz yanacaq satılan obyekt aşkarlandı (FOTO/VİDEO)

Hadisə Materials 24 Yanvar 2023 11:17 (UTC +04:00)
Bakıda qanunsuz yanacaq satılan obyekt aşkarlandı (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda qanunsuz yanacaq satışının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, quruma Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 55 ünvanında fərdi sahibkar Rzayev Sevindik Çoban oğlu tərəfindən yanğın və texniki təhlükəsizlik qaydalarına zidd olaraq yanacaq məhsulları ilə dolu çənlərin saxlanılması və plastik qablara doldurularaq qanunsuz satışının həyata keçirilməsi barədə məlumat daxil olub.

Müraciətlə əlaqədar Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları dərhal göstərilən ünvana cəlb edilib.

Keçirilən baxış zamanı həqiqətən də yanğın və texniki təhlükəsizlik qaydalarının bir sıra tələblərinin kobud şəkildə pozulması ilə insan həyatı və sağlamlığı üçün təhlükə yaradaraq, neft məhsullarının saxlanılması və plastik qablara doldurularaq qanunsuz satışının həyata keçirilməsi faktı aşkar edilib.

Aşkar olunan nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, çənlərin istismarı FHN əməkdaşları tərəfindən dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş akt sahibkara təqdim edilib. Bununla yanaşı, yanğın və texniki təhlükəsizliklə bağlı sahibkar və işçilərlə profilaktik söhbət aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti