Bakı. Trend:
Abşeron rayonunun Saray qəsəbəsində fəaliyyət göstərməyən quşçuluq fermasının ərazisində ümumi sahəsi 30 m² olan dəmir konstruksiyadan ibarət köşkün taxta üzlüyü və içərisində olan əşyalar yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.