...

Bakıda mağazaları qarət edən qadın yaxalandı (VİDEO)

Hadisə Materials 3 Fevral 2023 14:37 (UTC +04:00)
Bakıda mağazaları qarət edən qadın yaxalandı (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın müxtəlif rayonlarında mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılan 1990-cı il təvəllüdlü Səbinə Ağayeva mağazalara daxil olaraq satıcıların fikrini müxtəlif formalarda yayındıraraq çoxsaylı oğurluq əməlləri törətməkdə şübhəli bilinir.

Onun cinayətkar əməllərindən zərər çəkən başqa şəxslər varsa polisə məlumat vermələri tövsiyə olunur.

Araşadırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti