...

Yevlaxda 20 yaşlı gənc bıçaqlanaraq öldürülüb

Hadisə Materials 13 Fevral 2023 21:21 (UTC +04:00)

Bakı. Trend:

Yevlaxda 20 yaşlı gəncin ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Trend xəbər verir ki, fevralın 13-ü saat 20:30 radələrində 2003-cü il təvəllüdlü Yevlax rayon sakini Amin Əsədovun çoxsaylı bıçaq xəsarətləri ilə gətirildiyi rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hadisəni törədən şəxs(lər)in müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti