...

Bakıda çoxmərtəbəli binada yanğın olub

Hadisə Materials 23 Fevral 2023 08:51 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda tikintisi başa çatmayan çoxmərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan taxta konstruksiyalardan ibarət otaq (işçilərin geyinib-soyunması üçün istifadə olunur) 6 m² sahədə yanıb. Otağın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti