...

Ağdamda ekskavator minaya düşüb (FOTO)

Hadisə Materials 18 Mart 2023 15:23 (UTC +04:00)
Ağdamda ekskavator minaya düşüb (FOTO)

Bakı. Trend:

Ağdamda ekskavator minaya düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Trend-ə bildirilib ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində baş verib.

Belə ki, kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən nəqliyyat vasitəsi torpağa basdırılmış partlamamış mərmiyə toxunub.

Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib. E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti