...

Binəqədidə açıq ərazidəki yanğın söndürülüb

Hadisə Materials 22 Mart 2023 15:46 (UTC +04:00)
Binəqədidə açıq ərazidəki yanğın söndürülüb

Bakı. Trend:

Binəqədidə açıq ərazidə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb edilib. Yanğının qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti