Bakı. Trend:
Milli Məclisin deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Hazırda Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov, Bakı şəhər prokuroru Elşən Abbasov və istintaq-əməliyyat qrupu hadisə yerindədir.
Media nümayəndələrindən rəsmi qurumla dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur.