...

Samuxda keçmiş məhkumda narkotik aşkarlanıb

Hadisə Materials 10 Aprel 2023 09:47 (UTC +04:00)
Samuxda keçmiş məhkumda narkotik aşkarlanıb

Bakı. Trend:

Samuxda keçmiş məhkumda narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Goranboy rayon sakini Mircalal İbrahimov saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəsni İran vətəndaşından aldığını etiraf edib. Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib. Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti