...

Beyləqan sakinindən 1 kq-dan çox metamfetamin aşkarlanıb

Hadisə Materials 21 Aprel 2023 15:52 (UTC +04:00)
Beyləqan sakinindən 1 kq-dan çox metamfetamin aşkarlanıb

Bakı. Trend:

Beyləqan rayon sakinindən və onun avtomobilindən 1 kq-dan çox metamfetamin aşkarlanıb.

Bu barədə Trend-ə DİN Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Beyləqan rayon sakini İ.Əsgərovdan 4 qrama yaxın metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Kia” markalı avtomobilə baxış zamanı isə 1 kiloqramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti