...

Ağcabədidə hazırlıq kursundan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 28 Aprel 2023 08:44 (UTC +04:00)
Ağcabədidə hazırlıq kursundan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ağcabədidə hazırlıq kursundan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinə fevral ayında rayondakı hazırlıq kursunun yerləşdiyi binadan oğurluq edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb, iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar olunub. Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Nihad Hüseynov saxlanılıb. N.Hüseynov oradan noutbuklar və proyektor aparatı oğurlamaqla 3500 manat dəyərində ziyan vurub. Oğurlanan əşyalar maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti