...

"Yeni Klinika”nın həbsdə olan keçmiş direktoru azadlığa buraxıldı

Hadisə Materials 5 May 2023 16:26 (UTC +04:00)
"Yeni Klinika”nın həbsdə olan keçmiş direktoru  azadlığa buraxıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

"Yeni Klinika”nın həbsdə olan keçmiş direktoru Pərviz Abbasov azadlığa buraxılıb.

Trend-in məlumatına görə, Nizami Rayon Məhkəməsi P. Abbasovun 3 illik həbs cəzasının üçdə iki hissəsi başa çatdığı üçün cəzasının qalan hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini qərara alıb və o azadlığa buraxılıb.

Xatırladaq ki, Pərviz Abbasov 2021-ci ilin aprelin 22 də həbs olunub.

O, külli miqdarda rüşvət almaqda ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abasov Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə təqsirli bilinərək 8 il 6 ay azadlıqdan mərhum edilib.

Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 il 6 aya, Ali Məhkəmə 3 ilə endirib.

Xəbər lenti

Xəbər lenti