...

Qeyri-sabit hava şəraiti Ağdamda bir sıra fəsadlar törədib (FOTO)

Hadisə Materials 31 May 2023 19:29 (UTC +04:00)
Qeyri-sabit hava şəraiti Ağdamda bir sıra fəsadlar törədib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Qeyri-sabit hava şəraiti Ağdamda fəsadlar törədib.

Trend-in məlumatına görə, küləklə başlayan yağış rayonun Həsənxanlı kənd məktəbinin damını uçurub, bir neçə kənddə elektrik naqillərinə zərər vurub.

Rayonun Qaradağlı kəndində isə külək ağacı avtomobilin üstünə aşırıb. Belə ki, Xəqani Məmmədov Rəhbər oğlu özünə məxsus VAZ 2106 markalı avtomobillə hərəkətdə olan zaman ağac avtomobilin üzərinə aşıb. Maşın yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən hadisə zamanı sürücü xəsarət almayıb.

Qeyd edək ki, hazırda Ağdamın bir çox kəndində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti