...

Daşı telefon deyə bəyan etdi

Hadisə Materials 31 May 2023 22:16 (UTC +04:00)
Daşı telefon deyə bəyan etdi

Bakı. Trend:

İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunda rəsmiləşdirmə otağına yaxınlaşaraq özü ilə gətirdiyi mobil telefon cihazını gömrük orqanlarına bəyan etmək istədiyini bildirib.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Gömrük orqanına təqdim edilən “iPhone 14" markalı telefon cihazının qutusunun üzərindəki imei kodu şübhə yaratdığından sistem üzərindən yoxlama aparılıb. Yoxlama zamanı həmin kodun “iPhone 14 Pro max" markalı telefona aid olduğu müəyyənləşdirilib.

Vizual baxış nəticəsində gömrük orqanına təqdim olunan mobil cihazın qutusundan isə elektrik batareyaları, çay daşları aşkar edilib.

Araşdırma zamanı isə vətəndaşın mobil telefonu öncədən gömrük orqanına bəyan etmədən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirdiyi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq sistemində qeydiyyatdan keçirə bilmədiyindən bu yola baş vurduğu məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti