...

Lənkəranda ağır yol qəzası olub

Hadisə Materials 16 İyul 2023 01:21 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 15-də saat 22 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan Trend-ə verilən məlumata görə, Elman Süleymanovun idarə etdiyi “Mitsubishi Pojero” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində sürücü ölüb, avtomobildə olan sərnişinlər isə xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, E. Süleymanov polis nəfəridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti