...

Çimərlikdə cüzdan oğrusu yaxalanıb

Hadisə Materials 17 İyul 2023 11:34 (UTC +04:00)
Çimərlikdə cüzdan oğrusu yaxalanıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda çimərlikdə cüzdan oğrusu yaxalanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 14-də Şıx qəsəbəsi ərazisindəki çimərlikdə bir nəfərin içərisində 950 manatı, bank kartları və sənədi olan cüzdanını oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Kamil Zahidov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti