Bakı. Trend:
Batma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mingəçevir” sularda xilasetmə məntəqəsinin ərazisində və "Nardaran-2" sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub.