...

Nabranda istirahət mərkəzində yanğın olub

Hadisə Materials 3 Avqust 2023 08:57 (UTC +04:00)
Nabranda istirahət mərkəzində yanğın olub

Bakı. Trend:

Xaçmaz rayonunun Nabran kəndində yerləşən istirahət mərkəzində yanğın olub.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Xaçmaz rayonunun Nabran kəndində istirahət mərkəzinin ərazisində bir dam altında tikilən, ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli, müxtəlif təyinatlı tikilinin (mətbəx, ofis və camaşırxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti