...

Lənkəranda yeniyetmə dənizdə batıb

Hadisə Materials 9 Avqust 2023 19:24 (UTC +04:00)
Lənkəranda yeniyetmə dənizdə batıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəranda dənizdə bir nəfər boğulub.

Trend xəbər verir ki, Lənkəran rayonunun Sütəmurdov kəndində nəzarətsiz çimərlikdə Cəlilabad rayon sakini, 2007-ci il təvəllüdlü Nuran Əlafət oğlu Əmirov batmaq təhlükəsi ilə üzləşib.

Yeniyetmə ətrafdakıların köməyi ilə sudan çıxarılıb. Hadisə yerinə Təcili Tibbi yardım briqadası cəlb olunub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti