...

43 yaşlı kişi Nabran çimərliyində batdı

Hadisə Materials 22 Avqust 2023 17:45 (UTC +04:00)
43 yaşlı kişi Nabran çimərliyində batdı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz rayonunda 43 yaşlı kişi dənizdə batıb.

Trend xəbər verir ki, hadisə Nabran kəndində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü İsmayılov Emin Tofiq oğlunun meyiti rayon ərazisindəki çimərlikdən tapılıb.

Emin İsmayılovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti