...

Kürdəmirdə güclü zəlzələ olub

Hadisə Materials 3 Sentyabr 2023 21:06 (UTC +04:00)
Kürdəmirdə güclü zəlzələ olub

Bakı. Trend:

Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.

Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:38-də qeydə alınıb.

Mərkəzdən bildirilib ki, yeraltı təkanlar Ağdam, Saatlı, Beyləqan, Mingəçevir, Yardımlı, Qəbələ rayonlarında hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti