...

Oğlunu öldürənin cinayət işi məhkəməyə göndərildi

Hadisə Materials 6 Sentyabr 2023 10:41 (UTC +04:00)
Oğlunu öldürənin cinayət işi məhkəməyə göndərildi

Bakı. Trend:

Oğlunu qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Trend xəbər verir ki, Yasamal Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aprelin 8-də Yasamal rayonu ərazisində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İbtidai istintaqla 1956-cı il təvəllüdlü Ramiz İsrafilovun Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən mənzillərdən birində aralarında yaranmış mübahisə zamanı oğlu Kamran İsrafilova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ramiz İsrafilova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti