...

Bakıda keçmiş məhkumu qətlə yetirən şəxs saxlanıldı (YENİLƏNİB)

Hadisə Materials 24 Oktyabr 2023 20:30 (UTC +04:00)
Bakıda keçmiş məhkumu qətlə yetirən şəxs saxlanıldı (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 24-də saat 16 radələrində paytaxtın Nəsimi rayonunda 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsənov Araz Malik oğlunu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Trend-ə DİN-in Mətbuat xidmətindən bildirilib.

Saxlanılan şəxs 1963-cü il təvəllüdlü Abbasov Səyavuş Nəriman oğludur.

xxx

17:45

Bakıda qətl hadisəsi törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, oktyabrın 24-də saat 16 radələrində paytaxtın Nəsimi rayonunda 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsənov Araz Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti