...

Tərtərdə 24 yaşlı şəxs minaya düşüb (YENİLƏNİB)

Hadisə Materials 3 Noyabr 2023 08:29 (UTC +04:00)
Tərtərdə 24 yaşlı şəxs minaya düşüb (YENİLƏNİB)

Bakı. Trend:

Tərtər rayonu Borsunlu kəndi ərazisində mina partlayışı örüş yerinin yaxınlığında kənd sakininin fərdi təsərrüfatına aid heyvanlarını axtararkən baş verib.

Bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib.

XXX

06:57

Noyabrın 3-ü saat 01 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlaması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Trend xəbər verir ki, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb. Hazırda vəziyyəti orta ağır olub, müalicəsi xəstəxanada davam etdirilir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti