...

Bakı sakini keçmiş məhkum tərəfindən bıçaqlandı

Hadisə Materials 6 Noyabr 2023 12:21 (UTC +04:00)
Bakı sakini keçmiş məhkum tərəfindən bıçaqlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 30-da səhər saatlarında Binəqədi rayonu ərazisindən Bakı şəhər sakini olan 1993-cü il təvəllüdlü bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

DİN-dən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Mehman Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti