Bakı. Trend:
Xəzər dənizində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildirilib ki, bu gün yerli vaxtla saat 21:00-da Astara stansiyasından 45 km cənub-şərqdə, Xəzər dənizində maqnitudası 3.1 olan zəlzələ qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 11 km. Zəlzələ hiss olunmayıb.