...

Şəkidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Hadisə Materials 10 Dekabr 2023 20:36 (UTC +04:00)
Şəkidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Bakı. Trend:

Dekabrın 10-u saat 17:50 radələrində Şəki şəhəri ərazisində Samir Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1970-ci il təvəllüdlü Abduləzizova Arzu Səməd qızını vurub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, piyada aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti