Bakı. Trend:
Bakıda yanacaqdoldurma məntəqəsində operator soyulub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dekabrın 7-də saat 05 radələrində Sabunçu qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birində operatorun 200 manat pulunun soyğunçuluq yolu ilə talanması barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin vaxt “Toyota” markalı avtomobillə yanacaqdoldurma məntəqəsinə gələrək soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov, Masallı rayon sakinləri N.Novruzov və əvvəllər məhkum olunmuş A.Nuriyev saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.