...

Yanğınsöndürənlər yanğın zamanı tapdıqları pulu və qızılı sahibinə verdilər (VİDEO)

Hadisə Materials 16 Dekabr 2023 08:49 (UTC +04:00)
Yanğınsöndürənlər yanğın zamanı tapdıqları  pulu və qızılı sahibinə verdilər (VİDEO)

Bakı. Trend:

Binəqədi rayonunun 2-ci mədən küçəsində vətəndaşa məxsus evdə yanğın baş verməsi ilə bağlı əraziyə cəlb olunan yanğınsöndürənlər əməliyyat zamanı otaqların birində pul və içərisində qızıl-zinət əşyaları olan çanta tapıblar.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, çantanı tapan yanğınsöndürənlər pulu və zinət əşyalarını sahibinə təhvil veriblər.

Qeyd edək ki, yanğın baş vermiş ev yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti