...

Bakıda 6 evdən oğurluq edən şəxs saxlanıldı (VİDEO)

Hadisə Materials 29 Fevral 2024 17:36 (UTC +04:00)

Bakı. Trend:

Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində evlərdən oğurluq edən paytaxt sakini əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Vüsal Məmmədov saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırma zamanı onun rayon ərazisində 6 evdən pul və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Faktlarla bağlı 25-ci Polis Şöbəsində araşdırmalar aparılır. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.

Xəbər lenti

Xəbər lenti