...

Bərdədə avtomobil piyadanı vuraraq öldürüb

Hadisə Materials 23 Mart 2024 22:20 (UTC +04:00)
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Bərdədə piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Trend-in yerli müxbiri xəbər verir ki, hadisə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb.

1955-ci il təvəllüdlü Vahid Məmmədov yolu keçmək istəyərkən 2000-ci il təvəllüdlü Məmmədov Faiq Daşqın oğlu idarə etdiyi VAZ-2105 markalı minik avtomobili ilə onu vurub. Xəsarət alan şəxs xəstəxanaya çatdırılsada həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, qəzanı törədən şəxsin sürücülük hüququ olmayıb. Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti