Bakı. Trend:
Naməlum şəxslər Liviya Milli Birlik Hökumətinin rəhbəri Abdel Hamid Dbeybahın iqamətgahına silahlı hücum ediblər.
Trend-in məlumatına görə, bu barədə "Al Arabiya" televiziya kanalı mənbələrə istinadən bildirib.
Məlumata əsasən, hücum edənlər dənizdən atəş açıblar, Tripolidəki binaya cüzi ziyan dəyib, xəsarət alanlar yoxdur.
Atışma zamanı Dbeibahın özünün iqamətgahda olub-olmaması barədə məlumat yoxdur. Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub.