Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Şəmkir rayonunun Çaparlı kəndi ərazisində mənzildə partlayış baş
verməsi barədə məlumat daxil olub.
Trend xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə
Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki,
hər mərtəbəsi 120kv.m olmaqla ümumi sahəsi 240kv.m olan
ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması
nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib.
Hadisə nəticəsində partlayış dalğasının təsirindən ev ciddi ziyan
dəyib və 3 nəfər xəsarət alıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri
görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma
aparılır.