...

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Hadisə Materials 23 May 2024 10:58 (UTC +04:00)

Bakı. Trend:

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 22-də polis əməkdaşları 2 tüfəng təhvil götürüblər.

Həmçinin qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 5 tüfəng, 2 patron darağı və müxtəlif çaplı 7 patron aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti