...

Sumqayıtda evdə yanğın olub

Hadisə Materials 25 May 2024 22:09 (UTC +04:00)

Bakı. Trend:

Sumqayıt şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 450 m² (hər mərtəbəsi 150 m²) olan üçmərtəbəli evin yaxınlığında sahəsi 100 m² olan birmərtəbəli yay mətbəxində 2 p.m mebel, 4 ədəd məişət avadanlığı və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Mətbəxin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti