...

Bilgəhdə dənizdə batan uşağın meyiti tapıldı

Hadisə Materials 14 İyun 2024 18:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 14-də Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.

Trend xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti