...

Şamaxıda birmərtəbəli ev yanıb

Hadisə Materials 24 İyun 2024 01:57 (UTC +04:00)

Bakı. Trend:

Şamaxı rayonunun Bağırlı kəndində ümumi sahəsi 48 m² olan kürsülü, birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları, bitişik tikintisi başa çatmayan, ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli evin dam örtüyünün taxta atmaları 100 m² sahədə, 1 ədəd pəncərəsi və içərisinə yığılan 1,5 m³ taxta materialları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti