...

Bakıda ikimərtəbəli evdə yanğın - Tüstüdən zəhərlənən var

Hadisə Materials 24 İyun 2024 10:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda ikimərtəbəli evdə yanğın olub.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 180 m² olan kürsülü, ikimərtəbəli 3 otaqlı evin zirzəmisinin yanar konstruksiyaları, içərisinə yığılan əşyalar və taxta tullantıları 60 m² sahədə, 1-ci mərtəbəsində iki otağın yanar konstruksiyaları, ev əşyaları 45 m² sahədə, bitişik sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 5 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti