Bakı. Trend:
Mingəçevir sakini Goranboyda su anbarında batıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, Mingəçevir kənd sakini 45 yaşlı Hüseyinov Sadiq Raqib oğlu su anbarında çimərkən batıb.
FHN-in kiçik həcmli gəmilərlə sulara nəzarət bölməsinin xilas ediciləri batan şəxsin meyitini taparaq aidiyyatı üzrə təhvil verib.