Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Trend nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
xxx
18:04
Ağstafada kürdə batan var.
Trend xəbər verir ki, hadisə Kür çayının rayonun ərazsindən keçən hissəsində baş verib.
Belə ki, rayonun Saloğlu kəndində bir nəfərin Kür çayında batması ilə bağlı FHN-ə məlumat verilib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara əraziyə cəlb olunub.